ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb

ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Partlamamış Hərbi Sursatlar qrupunun (PHSQ) təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib.
Hadisə
1971
20 Noyabr , 2021 15:08
ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Partlamamış Hərbi Sursatlar qrupunun (PHSQ) təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, 19 noyabr 2021-ci il tarixində V.Babayev Zəngilan rayonunda öz xidməti fəaliyyətini yerinə yetirərkən məsafədə baş verən tank əleyhinə minanın partlayışı nəticəsində agentliyin əməkdaşı yüngül qəlpə yaraları alıb.

Hadisədən dərhal sonra o, helikopter vasitəsilə Bakı şəhərinə çatdırılıb və hospitala yerləşdirilib.

V.Babayev 2014- cü ildən ANAMA-da işləyir və fəaliyyəti zamanı hadisələr qeydə alınmayıb.

"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının mütəmadi olaraq biliklərinin təkmilləşməsi, hazırlıq səviyyəsinin vaxtaşırı artırılması və yeni partlayıcı qurğular haqqında məlumatlı olması, gördükləri işin təhlükəsiz həyata keçirilməsinə xidmət edir", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi