Bu il ETSN ANAMA-ya 7 min hektardan çox ərazinin təmizlənməsini sifariş edib

Bu il ETSN ANAMA-ya 7 min hektardan çox ərazinin təmizlənməsini sifariş edib Azərbaycan Minatəmizləmə Agentliyinin Əməliyyat İdarəsinin rəisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Rahib Quliyev bu il 7033.6 hektar ərazinin partlamamış mina və hərbi sursatdan təmizlənməsinin nəzərdə tutlduğunu bildirib.
Hadisə
26 Yanvar , 2024 14:59
Bu il ETSN ANAMA-ya 7 min hektardan çox ərazinin təmizlənməsini sifariş edib
Rahib Quliyev

Azərbaycan Minatəmizləmə Agentliyinin Əməliyyat İdarəsinin rəisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Rahib Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə bu il azad olunan ərazilərdə 7033.6 hektar ərazinin partlamamış mina və hərbi sursatdan təmizlənməsinin nəzərdə tutulduğunu bildirib.

"Report" xəbər verir ki, o, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

R.Quliyev qeyd edib ki, keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 5426.5 hektar ərazi sifariş olunub:
"Bunun da 926 hektarı mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin prioritetləri üzrə həmin ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi planlaşdırılıb".

Son xəbərlər

Orphus sistemi