ANAMA: Bu gün 3 ədəd PHS və 6 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

ANAMA: Bu gün 3 ədəd PHS və 6 ədəd tank əleyhinə mina zərərsizləşdirilib Son 20 gündə 1 292 ədəd PHS, 10 ədəd PMN və 6 ədəd tank əleyhinə mina aşkar edilib
Hadisə
27 Aprel , 2016 18:43
ANAMA: Bu gün 3 ədəd PHS və 6 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Goranboy, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.

"Report"un xəbərinə görə, bu barədə ANAMA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 27-də Agentlik tərəfindən 8 ev, 18 partlayış yeri yoxlanılıb, 3 ədəd partlamamış hərbi sursat və 6 ədəd tank əleyhinə mina zərərsizləşdirilib və 41 990 kv. m ərazi yoxlanılıb.

Tərtər rayonu

Yuxarı Qapanlı kəndi – 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarilə 12 000 kv.m. ərazi yoxlanılıb.

Qaradağlı kəndi – 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 7 700 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Qarağacı kəndi - 3 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 13 000 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Cəmi: 7 ev və həyətyanı sahə, 9 partlayış yeri, 32 700 kv.m. ərazi yoxlanılıb.

Füzuli rayonu

Alıxanlı kəndi – 1 ev və həyətyanı sahə və 4 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd 125 mm-lik partlamamış tank mərmisi aşkar edilərək götürülüb və nəticə etibarilə 680 kv.m ərazi yoxlanılıb.

Cəmi: 1 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 5 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat aşkar edilib və 680 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Təzəkənd kəndi – 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 mm-lik partlamamış tank mərmisi aşkar edilərək götürülübn və nəticə etibarilə 6 500 kv.m ərazi yoxlanılıb.

Dörd yol-1 qəsəbəsi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb.

Cəmi: 3 əkin sahəsi, 4 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat aşkar edilib və 8 500 kv.m ərazi yoxlanılıb.

Şəmkir rayonu – Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli tapşırığına müvafiq olaraq, Agentliyin mütəxəssisləri Şəmkir şəhəri, 20 yanvar küçəsində 25 metr uzaqlıqda 1 ədəd aşkar olunan 122 mm-lik top mərmisinə texniki baxış keçirib və daşınması mümkün olduğundan götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi partlayış ərazisinə daşınıb. Aşkar edilmiş sursatın ətrafında 100 kv.m əraziyə baxış keçirilib, əlavə heç bir təhlükəli əşya və ya qurğu aşkar edilməyib.

Cəmi: 1 ədəd partlamamış hərbi sursat aşkar edilib və 100 kv.m ərazi yoxlanılıb.

Cəlilabad rayonu – 27 aprel 2016-cı il tarixdə saat 10:16-də Daxili İşlər Nazirliyinin əməliyyat növbətçisinin köməkçisi kapitan Qiyasov tərəfindən Fövqəladə Hallar Nazirliyi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə zəng daxil olub. Məlumata əsasən, Cəlilabad rayonu Privolnoye kəndi ərazisindən keçən Göytəpə çayında 4 ədəd mərmi aşkar edilib. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və çay vasitəsilə sahilə çıxan 6 (altı) ədəd tank əleyhinə (onlardan 5 ədədi TM-62 və 1 ədədi TM-57) minaları aşkar ediblər. Tapılan minalar Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə partlayış yolu ilə zərərsizləşdirilib.

Cəmi: 6 ədəd tank əleyhinə mina aşkar edilib.

Ümumilikdə, Agentlik tərəfindən 7-27 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 356 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 292 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi