​ANAMA tərəfindən 8 ədəd tank əleyhinə mina aşkarlanıb

​ANAMA tərəfindən 8 ədəd tank əleyhinə mina aşkarlanıb Gün ərzində 4 300 kv. m ərazi təmizlənib
Hadisə
8 İyul , 2016 19:21
​ANAMA tərəfindən 8 ədəd tank əleyhinə mina aşkarlanıb

Bakı. 8 iyul. REPORT.AZ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bu gün Ağdam, Tərtər və Gəncədə müəyyən ərazilərə baxış keçirib.

Qurumdan "Report"a verilən məlumata görə, ümumilikdə gün ərzində 4 əkin sahəsi, 4 partlayış yerinə baxış keçirilib, 8 ədəd TM-62 tank əleyhinə mina aşkar edilərək götürülüb, nəticə etibarilə gün ərzində 4 300 kv. m ərazi təmizlənib.

Gəncə şəhərində, Kəpəz rayonunda yolun ərazisində 8 ədəd TM-62 tank əleyhinə mina aşkar olunaraq, götürülüb.

Bildirilib ki, ümumilikdə ANAMA tərəfindən bu il aprelin 7-dən iyulun 8-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 577 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi