AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini vəzifəsindən azad olunub
- 01 noyabr, 2017
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr və struktur dəyişiklikləri olub.
"Report" xəbər verir ki, AMEA Rəyasət Heyətinin qərarı ilə sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva Akademiyanın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini vəzifəsindən azad olunub.
Bundan başqa, Zoologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilib.
İclasda AMEA-nın İctimai Elmlər Bölməsi Bürosunun yeni tərkibi və Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının tərkibi də təsdiq edilib.
Rəyasət Heyətinin qərarı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov Memarlıq və İncəsənət İnstitutunun, filologiya üzrə elmlər doktoru Lalə Əhmədova Hüquq və İnsan Haqları İnstitutunun, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova isə Fəlsəfə İnstitutunun elmi katibi vəzifələrinə təyin edilib.