Yuxarı
    Bağlamaq

    AMEA Mərkəzi Nəbatat Bağında baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

    Hadisə nəticəsində bağın yaşıllıq zolağına heç bir zərər dəyməyib

    Bakı. 11 sentyabr. REPORT.AZ/ AMEA Mərkəzi Nəbatat Bağında baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Akademiyadan "Report"a daxil olan məlumatda bildirilib ki, bu gün saat 13:30 radələrində bağın təxminən 15 sota yaxın ərazisində ağac olmayan açıq və quru otlu sahəsi yanıb.

    "Müdafiə Nazirliyinin bağın yaxınlığında yerləşən ərazisindən başlayan yanğın hava küləkli olduğuna görə qısa müddətdə digər ərazilərə də yayılıb. Mərkəzi Nəbatat Bağının kollektivi səfərbər edilərək yanğını söndürməyə çalışıblar. Eyni zamanda, əraziyə çağırılan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğının qarşısı alınıb. Hadisə nəticəsində bağın yaşıllıq zolağına heç bir zərər dəyməyib", - məlumatda bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi