AMEA Akif Çovdarovla bağlı məlumatlarda Dendralogiya İnstitutunun adının hallandırılmasına münasibət bildirib

AMEA Akif Çovdarovla bağlı məlumatlarda Dendralogiya İnstitutunun adının hallandırılmasına münasibət bildirib “Həmin məsələ ilə bağlı informasiya yanlışdır”
Hadisə
26 Noyabr , 2015 15:07
AMEA Akif Çovdarovla bağlı məlumatlarda Dendralogiya İnstitutunun adının hallandırılmasına münasibət bildirib

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mətbuatda “Akif Çovdarovun keçi ferması, MTN məmurlarının zavodları, restoranları…” başlıqlı yazıda AMEA-nın Dendralogiya İnstitutunun adının hallandırılmasına münasibət bildirib. AMEA-nın İşlər idarəsindən “Report”a bildirilib ki, mediada AMEA-nın Dendralogiya İnstitutunun daimi istifadəsində olan ərazidən Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən fiziki şəxsə torpaq sahəsinin ayrılması barədə məlumatlar yayılıb. 

AMEA-nın İşlər idarəsi bildirir ki, həmin məsələ ilə bağlı informasiya yanlışdır: “Dendralogiya İnstitutu (Mərdəkan Dendrarisi) AMEA-nın milli sərvətidir. İnstitut həm tarixi əhəmiyyətlidir, həm də təbiət muzeyidir. Bu günə qədər özəlləşdirilməsi, yaxud hər hansı bir şəxsin istifadəsinə ayrılması üçün heç bir göstəriş və ya sərəncam verilməyib. 2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında elmi-iqtisadi potensialı nəzərə alınaraq, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu adlandırılıb. Hazırda institutun inkişaf perspektivləri üçün yeni təcrübə sahələrinin ayrılması məqsədilə müvafiq layihələr hazırlanmaqdadır.

1967-ci ildə Nazirlər Kabineti tərəfindən Mərdəkan Dendrarisinə 12 ha torpaq sahəsi ayrılıb. İndiyə qədər bu ərazidən heç bir hüquqi və ya fiziki şəxsə torpaq sahəsi verilməyib, əldə olunması ilə bağlı müraciət olunmayıb”.

Son xəbərlər

Orphus sistemi