​AMAY rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə keçirilib

​AMAY rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə keçirilib Vəkil məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib
Hadisə
4 Dekabr , 2015 17:36
​AMAY rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə keçirilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində AMAY ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev və həmin ticarət mərkəzinin direktoru Elşən Novruzovun barələrindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə E.Novruzovun müdafiəçisi çıxış edib. Vəkil məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 9-na təyin edilib.

Qeyd edək ki, A.Abdullayev bu il aprelin 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.

O Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. E.Novruzova isə 9 il həbs cəzası verilib.

Son xəbərlər

Orphus sistemi