Yuxarı

​Almaniyadan Azərbaycana mal-qara gətirən yük maşını atəşə tutulub

İnsident Dağıstan ərazisində baş verib, sürücü sağ qalıb

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 11-də Almaniyadan Azərbaycana inək daşıyan Polşaya məxsus yük maşını Dağıstan ərazisində atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə RDC kanalına istinadən Polşa Mədəniyyət Mərkəzinin Kalininqraddakı ofisinin saytı məlumat yayıb.

Azərbaycana alman inəkləri gətirən Polşa maşınına avtomat silahdan atəş açılıb. Yük maşınının ban hissəsi güllələrdən deşilib, sürücü zərər çəkməyib və maşını Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin yaxınlıqdakı stansiyasına çatdıra bilib. Ehtimala görə, hücuma səbəb quldurluq və yük maşınındakı mal-qaranın ələ keçirilməsinə cəhd ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi