Almaniyadan iki azərbaycanlı deportasiya ediləcək

Almaniyadan iki azərbaycanlı deportasiya ediləcək Almaniyada qanunsuz işləyən azərbaycanlılarla bağlı keçirilən məhkəmə prosesində yekun qərar verilib.
Hadisə
19 İyun , 2020 19:06
Almaniyadan iki azərbaycanlı deportasiya ediləcək

Almaniyada qanunsuz işləyən azərbaycanlılarla bağlı keçirilən məhkəmə prosesində yekun qərar verilib.

“Report”un Avropa börosunun məlumatına görə, proses iyunun 18-də Reynland-Pfalts əyalətinin Mayns Şəhər Məhkəməsində baş tutub. 

Qeyd edək ki, 2019-cu ilin mart ayında Mayns şəhərində bir tikinti şirkətinə basqın zamanı aralarında 3 Azərbayan vətəndaşı da olmaqla 11 işçi saxlanılıb. 

Qərara əsasən, Almaniyada yaşamaq icazəsi olan 36 yaşlı azərbaycanlı işlədiyi müddətdə aldığı sosial yardımı geri qaytarmalıdır. Digər 42 və 51 yaşlı iki azərbaycanlının Almaniyada yaşamaq və işləmək icazəsi olmadığından onlar barəsində deportasiya qərarı verilib. 

Həmin Azərbaycan vətəndaşlarının 2018-ci ildə Bakıda xarici universitetlərə tələbə hazırlayan şirkətlərdən birindən Polşa vizası alaraq Varşavaya gəldikləri məlum olub. Onlar əvvəlcə tikinti şirkətinin Polşadakı obyektlərində işə başlayıblar, daha sonra  Almaniyaya göndəriliblər. Hazırda həmin şirkət barəsində Mayns Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi