Almaniyada müəllim işləyən azərbaycanlının evindən oğurluq edən şəxsə hökm oxunub

Almaniyada müəllim işləyən azərbaycanlının evindən oğurluq edən şəxsə hökm oxunub Bakı. 12 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyada alman dili dərsi keçən azərbaycanlının evindən oğurluq edən Fuad Zeynalovun məhkəməsi başa çatıb.
Hadisə
12 İyun , 2018 15:23
Almaniyada müəllim işləyən azərbaycanlının evindən oğurluq edən şəxsə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyada alman dili dərsi keçən azərbaycanlının evindən oğurluq edən Fuad Zeynalovun məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Abşeron rayonunda baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62 000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, zərərçəkmiş Qədir Əliyevin evindən oğurluq edən Fuad Zeynalov onun qohumdur.

Q.Əliyev söyləyib ki, F.Zeynalov baldızının kürəkənidir.

Zərərçəkmiş Q.Əliyev bildirib ki, 10 ildən artıq Almaniyada yaşayıb, ötən il Azərbaycana qayıdıb. O, Almaniyada alman dili müəllimi işlədiyini deyib.

Q.Əliyev vurğulayıb ki, dəymiş zərərdən yalnız 11 min 800 avro qaytarılıb.

Son xəbərlər

Orphus sistemi