Almaniyada axtarışda olan Azərbaycan vətəndaşı Fransada saxlanılıb
Hadisə
- 13 sentyabr, 2021
- 08:38
Bu ilin yanvar ayından Almaniyada axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı Fransada saxlanılıb.
“Report”un Avropa bürosunun məlumatına görə, əslən Masallı rayonundan olan, 35 yaşlı Samir İbişov Fransada qaldığı qaçqın yataqxanasında tutulub.
Azərbaycan vətəndaşının saxlanılmasına səbəb isə onun Almaniyada polis tərəfindən axtarışa verilməsi olub. Məlum olub ki, 2020-ci ilin dekabr ayında Almaniyanın Koblenz şəhərində 38 yaşlı Almaniya vətəndaşına bıçaqla xəsarət yetirən S.İbişov ölkəni tərk edib.
Daha sonra o, Fransada Marsel şəhəri Miqrasiya İdarəsində başqa adla qeydiyyata düşüb.
Nəhayət, ötən gün Azərbaycan vətəndaşı Avropa Polis Təşkilatı (Europol) tərəfindən saxlanılaraq Almaniya hüquq-mühafizə orqanlarına təhvil verilib.
Son xəbərlər
15:29
Bir qrup hərbi qulluqçu təltif edilib
Digər15:29
Rəsmi Bakı: Gürcüstan Patriarxlığına Ermənistan kilsəsinin yanaşmalarını təkrarlaması məsləhət görülmür
Xarici siyasət15:29
Allahverən İsmayılova general-leytenant ali hərbi rütbəsi verilib
Daxili siyasət15:28
Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edilib
Digər15:24
XİN: Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlaması dostluq və qonşuluq münasibətlərinə ziddir
Xarici siyasət15:24
Xankəndi və Naxçıvan şəhərlərinin marşrutları "brutto müqavilə" sisteminə qoşulub
İnfrastruktur15:23
UKEF: Azərbaycanla strateji layihələr üzrə əməkdaşlığı genişləndirmək istəyirik
Biznes15:20
SOCAR ABŞ şirkəti ilə yeni investisiya imkanlarını müzakirə edib
Energetika15:13