Almaniyada axtarışda olan Azərbaycan vətəndaşı Fransada saxlanılıb
Hadisə
- 13 sentyabr, 2021
- 08:38
Bu ilin yanvar ayından Almaniyada axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı Fransada saxlanılıb.
“Report”un Avropa bürosunun məlumatına görə, əslən Masallı rayonundan olan, 35 yaşlı Samir İbişov Fransada qaldığı qaçqın yataqxanasında tutulub.
Azərbaycan vətəndaşının saxlanılmasına səbəb isə onun Almaniyada polis tərəfindən axtarışa verilməsi olub. Məlum olub ki, 2020-ci ilin dekabr ayında Almaniyanın Koblenz şəhərində 38 yaşlı Almaniya vətəndaşına bıçaqla xəsarət yetirən S.İbişov ölkəni tərk edib.
Daha sonra o, Fransada Marsel şəhəri Miqrasiya İdarəsində başqa adla qeydiyyata düşüb.
Nəhayət, ötən gün Azərbaycan vətəndaşı Avropa Polis Təşkilatı (Europol) tərəfindən saxlanılaraq Almaniya hüquq-mühafizə orqanlarına təhvil verilib.
Son xəbərlər
11:01
Milli Observatoriyanın "SosialLab" müsabiqəsinin ilk görüşü keçirilib
Sosial müdafiə10:59
Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb
İnfrastruktur10:59
Video
"Birliyin Gücü – 2026" təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər
Hərbi10:59
Konqoda Eboladan ölənlərin sayı 3,9 min nəfəri ötüb
Sağlamlıq10:59
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Xarici siyasət10:48
ASCO bərələrlə avtotexnika daşınmasını 10 % artırıb
İnfrastruktur10:48
Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış edib
Daxili siyasət10:48
Elçin Süleymanov: "SosialLab" layihəsi real iqtisadiyyata töhfə verəcək
Sosial müdafiə10:46