Almaniyada 15 metrlik Milad şam ağacı aşıb, xəsarət alanlar var

Almaniyada 15 metrlik Milad şam ağacı aşıb, xəsarət alanlar var Hadisə nəticəsinə 5 nəfərin xəsarət aldığı bildirilir
Hadisə
10 Dekabr , 2017 23:39
Almaniyada 15 metrlik Milad şam ağacı aşıb, xəsarət alanlar var

Bakı. 10 dekabr. REPORT.AZ/ Almaniyadakı Milad yarmarkalarının birində hündürlüyü 15 metr olan şam ağacı aşıb.

"Report" "Аachener Nachrichten"ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Eşvayler şəhərində baş verib.

Ağac uşaq karuselinin üzərinə düşüb. Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı uşaqlar xəsarət almayıb. Hadisənin səbəbi hələ ki, müəyyənləşməyib. Milad yarmarkası bağlanılıb. 

Şam ağacının kəsiləcəyi və hadisə yerindən aparılacağı bildirilir. 

Son xəbərlər

Orphus sistemi