Almaniya məhkəmələri daha 7 azərbaycanlının deportasiyası haqqında qərar verib

Almaniya məhkəmələri daha 7 azərbaycanlının deportasiyası haqqında qərar verib Daha 7 azərbaycanlı Almaniyadan deportasiya ediləcək
Hadisə
409
18 Fevral , 2021 15:31
Almaniya məhkəmələri daha 7 azərbaycanlının deportasiyası haqqında qərar verib

Daha 7 azərbaycanlı Almaniyadan deportasiya ediləcək.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumatda deyilir ki, bu barədə Berlin və Köln şəhər idarə məhkəmələri müvafiq qərarlar veriblər.

Deportasiya qərarları Almaniyada adı müxtəlif cinayət hadisələrinə qarışan 24 nəfərə şamil edilib. Onların arasında Rusiya, Türkiyə və Azərbaycan vətəndaşı olan 7 azərbaycanlı da var.

Onlar 2014-2020-ci illərdə Almaniyada soyğunçuluq, qəsdən adam yaralama, polisə müqavimət və onları yaralama maddələri ilə saxlanılan və həbs edilən şəxslərdir.

Məlumatda bildirilir ki, həmin şəxslərin vətəndaşı olduqları ölkələrə deportasiyası üçün danışıqlar aparılır.

Almaniyanın Federal Kriminal İdarəsindən “Report”un Avropa bürosuna bildirilib ki, 2020-ci ilin yanvar-sentyabr aylarında əcnəbilərin iştirakı ilə ümumilikdə 188 699 cinayət hadisəsi qeydə alınıb. İstintaq və məhkəmə araşdırmaları zamanı onların bir çoxunun cinayət işi ilə əlaqəsinin olmadığı üzə çıxıb.

Son xəbərlər

Orphus sistemi