Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub

Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə qərar qəbul edib.
Hadisə
8 May , 2024 13:27
Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub

Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə qərar qəbul edib.

"Report" xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında sabiq generalın cinayət işi üzrə qərardan verilən kassasiya şikayəti və prokurorluğun protesti təmin edilməyib.

Qeyd edək ki, sabiq general M.Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunurlar.

İttihamda bildirilib ki, M.Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edərək alıb, həmçinin səlahiyyət həddini aşmasında və sübutların saxtalaşdırmasında da təqsirli bilinib.

Onların barəsində Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələr ilə cinayət işi açılıb.

Cinayət işi üzrə 32 zərərçəkmiş şəxs kimi tanınıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum olunub. Bundan başqa, onun və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub. Məhkəmə həmin əmlakları dövlət nəfinə keçirilməsi barədə hökm çıxarıb.

Son xəbərlər

Orphus sistemi