Ali Məhkəmə qətldə təqsirləndirilən şəxsin işini geri göndərib

Ali Məhkəmə qətldə təqsirləndirilən şəxsin işini geri göndərib Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Elxan Qasımovun barəsində olan məhkəmə qərarından verilən kassasiya protestinə baxılıb.
Hadisə
13 Aprel , 2019 16:49
Ali Məhkəmə qətldə təqsirləndirilən şəxsin işini geri göndərib
Report

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Elxan Qasımovun barəsində olan məhkəmə qərarından verilən kassasiya protestinə baxılıb.

"Report"un məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttiham aktına əsasən, hadisə 2017-ci il yanvarın 16-da Tovuz rayonunda baş verib. Əvvəllər məhkum olunmuş E.Qasımov həmyerlisi Kənan Qasımovun başına balta ilə vuraraq onu öldürüb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Qasımovun cinayəti törədən zaman anlaqsız olması müəyyən edilib. Məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsi barədə qərar qəbul edib. O, müalicə alması üçün Ruhi Əsəb Dispanserinə göndərilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Daha sonra prokurorluq kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi