Yuxarı

Ali Məhkəmə Fikrət Fərəməzoğlunun cəzasını azaldıb

Ali Məhkəmə Fikrət Fərəməzoğlunun cəzasını azaldıb
© Report

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə “Jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlunun barəsində olan məhkəmə qərarından verilən kassasiya şiakyətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Fərəməzoğlunun cəzası azaldılıb.

Belə ki, onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.

Qeyd edək ki, Daxili İşlər Naizrliyinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu "JAM.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yayıldığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat alındığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb edildiyini bildirib: "Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb". Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı anoloji cinayətlər törətdiyi barədə müraciətlər ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan F.Fərəməzoğlu apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi