Aksiz markası ilə markalanmamış spirtli içkilər aşkarlanıb

Aksiz markası ilə markalanmamış spirtli içkilər aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Yanvar , 2017 11:40
Aksiz markası ilə markalanmamış spirtli içkilər aşkarlanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito” markalı nəqliyyat vasitəsində aksiz markası ilə markalanmamış spirtli içkilər aşkar edilib.

Bu barədə "Report" Dövlət Gömrtük Komitəsinə istinadən xəbər verir.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz Vito” markalı nəqliyyat vasitəsi Tovuz rayonu ərazisində saxlanılıb. Tovuz Gömrük İdarəsində avtomobilə baxış keçirilib, nəqliyyat vasitəsindən Azərbaycanın aksiz markası ilə markalanmamış 406 ədəd spirtli içkil aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi