Akif Çovdarov bəraət istəyib, məhkəmə müşavirəyə yollanıb

Akif Çovdarov bəraət istəyib, məhkəmə müşavirəyə yollanıb Bakı. 25 may. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
25 May , 2018 17:34
Akif Çovdarov bəraət istəyib, məhkəmə müşavirəyə yollanıb
Akif Çovdarov / Report
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən A.Çovdarov çıxış edib.

O, barəsində bərəat hökmünün çıxarılmasını istəyib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, apellyasiya şikayətlərinin qüvvədə saxlanılmasını tələb edib.

Məhkəmə heyəti mayın 29-dək müşavirəyə yollanıb. Həmin gün qərar elan olunacaq.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apellyasiya şikayəti verib.

Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apellyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. 

Son xəbərlər

Orphus sistemi