Aİ-nin Azərbaycandakı nümayəndəliyinin keçmiş mühasibinin məhkəmə istintaqı yekunlaşıb

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin keçmiş mühasibinin məhkəmə istintaqı yekunlaşıb Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hadisə
15 Fevral , 2024 15:36
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin keçmiş mühasibinin məhkəmə istintaqı yekunlaşıb

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Report" xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Daha sonra ittiham nitqi ilə çıxış etmək üçün söz prokuror Orxan Səmədova verilib. O isə çıxış üçün məhkəmədən vaxt istəyib.

İttihama görə, 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işləyən Zərifə Abbasova tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün nümayəndəliyə köçürülən pulları mənimsəmək üçün missiyanın rəhbəri Peter Mixalko və digər şəxsin imza, həmçinin möhürünü əldə edib.

Z.Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb və Nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərini ələ keçirib.

Belə ki, o, 2017-2022-ci illər ərzində nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 983 min 254 manatı mənimsəyib.

İstintaq sənədlərinə görə, Z.Abbasova qeyd olunan pul vəsaitini müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxartmağa nail olub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi