Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var Onlar zərərçəkənlərə 240.900 ABŞ dolları və 55.100 manat maddi ziyan vurublar
Hadisə
15 İyun , 2024 17:19
Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var

Azərbaycanda ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalıb, 14 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyun 8-13-də naməlum şəxslər əvvəlcədən müəyyənləşdirdikləri vətəndaşlarla xaricdən ev telefonu vasitəsilə əlaqə saxlayıb onların yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb ediblər. Onlar əvvəlcədən “Telegram” sosial şəbəkəsindən sifariş etdikləri kuryerlər vasitəsilə pul vəsaitlərini zərərçəkənlərdən alaraq kriptovalyuta hesablarına köçürməklə ələ keçiriblər. Nəticədə 212 min, 20 min, 4400, 4500 dollar, eləcə də 21 min 530, 10 min, 5300, 7700, 4570, 4 min, 2 min manat olmaqla ümumilikdə on vətəndaşa 240 min 900 ABŞ dolları və 55 min 100 manat maddi ziyan vurulub.

Polisin Bakıda keçirdiyi tədbirlərlə hadisələrin törədilməsində kuryer qismində iştirak edən 14 nəfər saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi