Ağsunun dağlıq ərazisində yanğın olub

Ağsunun dağlıq ərazisində yanğın olub Ağsu rayonunun şimal dağlıq ərazisində yanğın baş verib.
Hadisə
914
9 İyul , 2020 22:15
Ağsunun dağlıq ərazisində yanğın olub

Ağsu rayonunun şimal dağlıq ərazisində yanğın baş verib.

“Report”un Yuxarı Şirva Bürosu xəbər verir ki, hadisə dağ kəndi Nüydü ərazisində olub.

Hadisə yerinə 2 yanğınsöndürən maşın və 20 nəfər canlı qüvvə göndərilib. Köməyə qonşu İsmayıllı, Şamaxı və Qobustan rayonlarından ümumilikdə 4 yanğınsöndürən maşın və 27 nəfər canlı qüvvə də cəlb edilib. Axşamüstü yanğın tam nəzarətə götürülüb və alovun yayılmasının qarşısı alınıb. Hazırda közərmə zonalarında və tüstülənən ərazilərdə işlər davam etdirilir.

Qeyd edək ki, yanğın bicilmiş taxıl, ot və kol-kos sahələrində baş verib.