Ağsu rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Mamedov hadisə yerində ölüb.
Meyit müayinə olunması üçün
Faktla bağlı araşdırma aparılır.
***19:31
Ağsu rayonunda yol qəzası baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.
Belə ki, “Shacman” markalı yük maşını Şirvan kanalı üzərindəki körpüdən keçərkən idarəetmədən çıxaraq kanala aşıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.













