Ağsuda yük maşını aşıb, xəsarət alan var - FOTO - VİDEO

Ağsuda yük maşını aşıb, xəsarət alan var - FOTO - VİDEO Ağsu rayonunda yük avtomobilinin təkərinin partlaması yol qəzasına səbəb olub.
Hadisə
6 Noyabr , 2019 17:10
Ağsuda yük maşını aşıb, xəsarət alan var - FOTO - VİDEO

Ağsu rayonunda yük avtomobilinin təkərinin partlaması yol qəzasına səbəb olub. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ərəbmehdibəy kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Hacıqabul rayon sakini, 1971-ci il təvəllüdlü Pirizadə Vasif Piriverdi oğlu idarə etdiyi “Shacman” markalı yük maşını ilə hərəkətdə olarkən qəfildən təkər partlayaraq yerindən çıxıb. Nəticədə yük maşını idarəetmədən çıxaraq aşıb. 

Hadisə zamanı sürücü V.Pirizadə müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi