Ağsuda yük avtomobili yanıb

Ağsuda yük avtomobili yanıb Ağsuda Ford markalı yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə
8 İyun , 2019 13:12
Ağsuda yük avtomobili yanıb

Ağsuda "Ford" markalı yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb.

"Report"un Yuxarı Şirvan bürosunun verdiyi məlumata görə, hadisə Muğanlı - İsmayıllı dolayının 13 km-də, Ağsu rayonu ərazısındə baş verib.

Bakıdan İsmayıllı istiqamətində hərəkət edərkən anidən avtomobilin mühərrik hissəsində yanğın baş verib. Bakı şəhəri Xətai rayon sakini, 1985-cı il təvəllüdlü Sərdərov Daşqın Rəhim oğlunun idarə etdiyi 99 TX 312 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilində baş verən yanğın zamanı sürücü canını çətinliklə qurtarıb. Avtomobilin yanar kanstruksiyaları alovdan tam yararsız vəziyyətə düşüb.

Hadisənin baş verməsinə səbəb kimi nəqliyyat vasitəsinin elektrik sistemində baş verən qısaqapanma göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi