Ağsuda yol qəzası baş verib, yaralananlar var - YENİLƏNİB

Ağsuda yol qəzası baş verib, yaralananlar var - YENİLƏNİB Kürdəmir. 9 fevral. REPORT.AZ/ Ağsu rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsio zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
9 Fevral , 2019 10:01
Ağsuda yol qəzası baş verib, yaralananlar var - YENİLƏNİB

Kürdəmir. 9 fevral. REPORT.AZ/ Ağsu rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsio zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, qəza nəticəsində rayon sakinləri - 1988-ci il təvəllüdlü Vasif Arif oğlu Səmədov və 1994-cü il təvəllüdlü Nicat Şərbət oğlu Cəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


*** 09:12

Kürdəmir. 9 fevral. REPORT.AZ/ Ağsu rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Ağsu rayonunun Ərəbmehdibəy kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərkətdə olan "Hyundai" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşıb. Qəza zamanı bir neçə nəfərin yaralandığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi