Ağsuda yol qəzası baş verib: xəsarət alanlar var - FOTO

Ağsuda yol qəzası baş verib: xəsarət alanlar var - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Aprel , 2017 12:40
Ağsuda yol qəzası baş verib: xəsarət alanlar var - FOTO
Foto: Report.az

Ağsu. 16 aprel. REPORT.AZ/ Agsu rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayon ərazisində, Ağsu-Göylər yolunun 6-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Kəndoba kənd sakini 1970-ci il təvəllüdlü Ziyad Məhərrəm öğlu Abdullayev idarə etdiyi "VAZ -2106" markalı, "44-BB-741" dövlət nömrə nişanlı avtomobillə Göylər istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini olan həmkəndlisi, 1988-ci il təvəllüdlü Şəhriyar Ələddin öğlu Nifəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi