Ağsuda yeniyetməyə ağır xəsarət yetirən şəxs saxlanıldı

Ağsuda yeniyetməyə ağır xəsarət yetirən şəxs saxlanıldı Ağsuda 14 yaşlı yeniyetmə həmkəndlisi tərəfindən döyülüb.
Hadisə
18 İyun , 2021 06:43
Ağsuda yeniyetməyə ağır xəsarət yetirən şəxs saxlanıldı

Ağsuda 14 yaşlı yeniyetmə həmkəndlisi tərəfindən döyülüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 2007-ci il təvəllüdlü Məmişov Nihad Vüqar oğlu aralarında yaranan mübahisə zəmnində həmkəndlisi tərəfindən döyülərək ağır xəsarətlər alıb. N.Məmişov əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Yeniyetməyə xəsarət yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi