Ağsuda taxıl sahəsində yanğın baş verib

Ağsuda taxıl sahəsində yanğın baş verib Ağsu rayonunda taxıl sahəsində yanğın baş verib.
Hadisə
14 İyun , 2019 12:27
Ağsuda taxıl sahəsində yanğın baş verib

Ağsu rayonunda taxıl sahəsində yanğın baş verib. 

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Bico kəndi ərazisində qeydə alınıb. 

Əraziyə Ağsu rayon dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən avtomobili və 18 nəfər canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə nəticəsində 2,6 hektar biçilmiş, 0,40 hektar isə biçilməmiş taxıl sahəsi yanıb. 

Hazırda dəymiş ziyanın məbləği müəyyənləşdirilir, yanğının başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi