Ağsu sakinindən “Kalaşnikov” avtomatı götürülüb

Ağsu sakinindən “Kalaşnikov” avtomatı götürülüb Faktla Ağsu RPŞ-də cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Hadisə
20 May , 2021 10:16
Ağsu  sakinindən “Kalaşnikov” avtomatı götürülüb

Ağsuda keçmiş məhkumdan“Kalaşnikov” avtomatı götürülüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Rauf Şərifov saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkar edilərək götürülüb.

R.Şərifov ifadəsində silah-sursatın ona məxsus olduğunu və bir neçə il öncə tapdığını bildirib.

Faktla Ağsu RPŞ-də cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi