Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb

Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıb.
Hadisə
6 yanvar 2024 14:27
Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb

Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Tədbirlərlə rayon sakinləri - Natiq Nuriyev və Zamiq Müslümov saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Nuriyevdən heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitə və psixotrop maddəni birlikdə paytaxtdan Ağsuya satış məqsədilə gətirdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb,istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi