Ağsuda mal-qara arasında kütləvi zəhərlənmə baş verib - FOTO

Ağsuda mal-qara arasında kütləvi zəhərlənmə baş verib - FOTO Ağsu rayonunda mal-qara arasında kütləvi zəhərlənmə baş verib.
Hadisə
147
27 İyun , 2019 16:47
Ağsuda mal-qara arasında kütləvi zəhərlənmə baş verib - FOTO

Ağsu rayonunda mal-qara arasında kütləvi zəhərlənmə baş verib. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün səhər saatlarında kənd sakini Səxavət Ağayev örüşdə olarkən mal-qara arasında kütləvi zəhərlənmə halının olduğunu müşahidə edib.

Ümumilikdə, kənddə 12 baş iribuynuzlu heyvan tələf olub və 30-a yaxn iribuynuzlu heyvanın tələf olmasının qarşısını almaq istiqamətində işlər görülür. 

S.Ağayev dərhal bununla bağlı rayon Baytarlıq İdarəsinə xəbər verib. Hadisə yerinə gələn Baytarlıq İdarəsinin nümayəndələri ölmüş heyvan cəmdəklərindən nümunələr götürərək araşdırılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib.

Heyvanların hansı səbəbdən zəhərlənməsi laboratoriya müayinəsindən sonra müəyyən olunacaq.

Bundan əlavə, Aqrar Xidmətlər Agentliyinin baytar mütəxəssisləri yerli mütəxəssislərə kömək etmək üçün rayona ezam olunublar.

Son xəbərlər

Orphus sistemi