Ağsuda karantini pozan kafenin sahibi və müştəriləri cərimələnib

Ağsuda karantini pozan kafenin sahibi və müştəriləri cərimələnib Ağsu rayonunun Növcü kəndinin ərazisində yerləşən kafenin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.
Hadisə
15 Dekabr , 2020 15:22
Ağsuda karantini pozan kafenin sahibi və müştəriləri cərimələnib
0 : 00
0 : 00

Ağsu rayonunun Növcü kəndinin ərazisində yerləşən kafenin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan “Report”un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub.

Obyektin sahibi, rayonun Xəlilli kənd sakini Fərhad Şıxıyev və orada olan 4 müştəri polis şöbəsinə dəvət olunub. Polis şöbəsində onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi