Ağsuda iki avtomobil toqquşub, xəsarət alan var

Ağsuda iki avtomobil toqquşub, xəsarət alan var Ağsu rayonunda VAZ-2107 markalı avtomobillər toqquşub.
Hadisə
23 Sentyabr , 2019 00:19
Ağsuda iki avtomobil toqquşub, xəsarət alan var

Ağsu rayonunda "VAZ-2107" markalı avtomobillər toqquşub.

"Report" xəbər verir ki, hadisə zamanı sürücülərdən biri - 68 yaşlı Hacıəliyev Vahid Hacıəli oğlu ağır bədən xəsarətləri alıb. Qəzanın zərbəsindən V.Hacıəliyev deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sürücü Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb.

Yaralı əvvəlcə Ağsu rayon Mərkəzi Xəstəxanasına, sonra Bakıya, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. V.Hacıəliyevin vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Fakla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi