Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb

Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb Ağsu rayonunda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb.
Hadisə
26 Dekabr , 2019 14:46
Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb

Ağsu rayonunda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, ötən gün Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib.

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi