Ağsuda güclü külək bir sıra fəsadlar yaradıb

Ağsuda güclü külək bir sıra fəsadlar yaradıb Ötən gün günortadan sonra Ağsu rayonunda yağan leysan yağışı axşamüstü, saat 18 radələrindən sonra güclü küləklə əvəz olunub və iki saat davam edən külək bir sıra fəsadlar törədib.
Hadisə
7 May , 2020 12:46
Ağsuda güclü külək bir sıra fəsadlar yaradıb

Ötən gün günortadan sonra Ağsu rayonunda yağan leysan yağışı axşamüstü, saat 18 radələrindən sonra güclü küləklə əvəz olunub və iki saat davam edən külək bir sıra fəsadlar törədib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, güclü külək daha çox elektrik enerjisinin verlişində problemlər yaradıb. 

Belə ki, Ağsu şəhəri, eləcə də bütün kənd yaşayış məntəqələri işıqsız qalıb. Axşam saat 22:00-dan sonra görülən operativ tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tədricən bərpa olunmağa başlayıb. 

Mayın 7-də saat 11:00-dək rayon mərkəzində, eləcə də 55 kənd yaşayış məntəqəsində bərpa işləri görülüb və yaşayış məntəqələrinə elektrik enerjisi verilib. Bərpa işləri davam etdirilir.

Hazırda yaradılan operativ qərargah güclü küləyin törətdiyi digər fəsadları araşdırır. 

Son xəbərlər

Orphus sistemi