Ağsuda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Ağsuda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB - VİDEO Ağsu. 12 iyul. REPORT.AZ/ Ağsuda baş vermiş yanğın söndürülüb.
Hadisə
12 İyul , 2018 21:45
Ağsuda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Ağsu. 12 iyul. REPORT.AZ/ Ağsuda baş vermiş yanğın söndürülüb.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahələsindəki alovun qarşısı tamamilə alınıb.  


***20:00

Ağsu rayonunda güclü yanğın baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahələsində qeydə alınıb. Hazırda yanğın kəndin şimal dağlıq ərazilərinə tərəf irəliləyir.

Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri, Fövqəladə Hallar Nazirliyinin iki helikopteri və bir təyyarəsi cəlb olunub.

Köməyə ətraf kəndlərin, o cümlədən Bico, Gəgəli və bir neçə yaxın yaşayış məntəqələrinin sakinləri gəlib. Onlar texnikanın girə bilmədiyi ərazilərdə yanğını söndürməyə çalışırlar. 10-dək şum traktorunun qüvvəsi ilə alovun kənd ərazisinə daxil olmasının qarşısını almaq üçün şumlama işi aparılır. 

Son xəbərlər

Orphus sistemi