Ağsuda ayı kənd sakinlərinə hücum edib

Ağsuda ayı kənd sakinlərinə hücum edib Ayı iki iribuynuzlu heyvanı parçalayaraq öldürüb və bir neçəsini isə yaralayıb
Hadisə
18 İyul , 2017 16:58
Ağsuda ayı kənd sakinlərinə hücum edib
Report.az

Ağsu. 18 iyul. REPORT.AZ/ Ağsu rayonunda ayı kənd sakinlərinə hücüm edib.                                         

"Report"un Şirvan bürosunun xəbərinə görə, rayonun Dilman kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov kəndin yaxınlığındakı  otlaqda iribuynuzlu mal-qaranı otararkən ayının hücumuna məruz qalıblar. Kənd sakinləri özlərini müdafiə etsələr də naxıra girən ayının qarşısını ala bilməyiblər. Ayı iki iribuynuzlu heyvanı parçalayaraq öldürüb və bir neçəsini isə yaralayıb.

Kənd sakinləri "Report"un bürosuna bildiriblər ki, kənd sakinləri və  kəndin mal-qarası tez-tez vəhşi heyvanların hücumuna məruz qalırlar: "Hazırda kənddə böyükdən kiçiyə hamı təlaş içindədi. Hər an ayı və digər vəhşi heyvanların kəndə hücum etməsindən, kiməsə xəsarət yetirməsindən qorxuruq. Vəhşi heyvandı bu gün mal-qaranı parçalayırsa sabah sakinlərindən birini parçalayacaq".

Son xəbərlər

Orphus sistemi