Ağsuda ağır yol qəzasında 6 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB-2 - SİYAHI

Ağsuda ağır yol qəzasında 6 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB-2 - SİYAHI Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Mart , 2018 19:42
Ağsuda ağır yol qəzasında 6 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB-2 - SİYAHI

Ağsu. 16 mart. REPORT.AZ/ Ağsu rayonunda dəhşətli yol-nəqliyyat hadisə zamanı ölən və yaralanan şəxslərin adı məlum olub. 

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə zamanı 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlər:

Ağsu rayon sakinləri -

1962-ci il təvəllüdlü Teymurşah Sirac oğlu İsmiyev;

1963-cü il təvəllüdlü Mehparə Yarməmməd qızı İsmiyeva.

Siyəzən rayon sakinləri - 

1994-cü il təvəllüdlü  Mehdi Ağabala oğlu Xankişizadə;

1992-ci il təvəllüdlü  Orxan Fərhad oğlu Bədəlov;

1988-ci il təvəllüdlü Nazim Əliabbas oğlu Hüseynov;

1986-cı il təvəllüdlü Pərviz Əlizahir oğlu Bayramov.

Yaralanan:

Ağsu rayon sakini- 

1983-cü il təvəllüdlü Səbuhi Təvəkkül oğlu Quliyev


***19:18

Ağsu. 16 mart. REPORT.AZ/ Ağsu rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisinin adı məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, Ağsu rayon sakini, 1962-ci il təvəllüdlü Teymurşah Sirac oğlu İsmiyevin idarə etdiyi, 06-BE-365 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan, Ağsu rayon sakini, 1983-cü il təvəllüdlü Səbuhi Təvəkkül oğlu Quliyevin idarə etdiyi 54-BB-811 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillə toquşub. 

Nəticədə "VAZ-2106"-nın sürücüsü T.İsmiyev və onun arvadı 1963-cü il təvəllüdlü Mehparə Yarməmməd qızı İsmiyeva hadisə yerində ölüblər. 

"VAZ-2107"-nin sürcüsü S.Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 


***19:01

Ağsu. 16 mart. REPORT.AZ/ Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonunun Muradlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Dəhşətli qəzada  nəticəsində 6 nəfər ölüb, 1 nəfər xəsaərt alıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi