Yuxarı

Ağsuda 69 yaşlı kişini ilan sancıb

​Ağsuda 69 yaşlı kişini ilan sancıb

Ağsu rayonunda 69 yaşlı kişini ilan sancıb. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Padarçol kəndində qeydə alınıb. 

Belə ki, Padarqışlaq kənd sakini, 1950-ci il təvəllüdlü Şakir Hüseyn oğlu Abbasəliyevi otlaq sahəsində gəzərkən ilan sancıb. Zərərçəkmiş yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Yaralıya zərdab vurulsa da, ancaq vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi