Ağsuda 39 yaşlı qadın intihara cəhd edib

Ağsuda 39 yaşlı qadın intihara cəhd edib Xəstəxanadan bildiriblər ki, hazırda onun vəziyyəti qənaətbəxşdir
Hadisə
17 İyun , 2017 09:22
Ağsuda 39 yaşlı qadın intihara cəhd edib

Ağsu. 17 iyun. REPORT.AZ/ Ağsu rayonunda ailə üzvlərindən biri ilə mübahisə edən qadın dərman içərək özünü öldürmək istəyib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında baş verib. 

Rayonun Qarabaşlı kənd sakini 1978-ci il təvəllüdlü Elnarə Mirzə qızı Abdullayeva dərman preparatları qəbul edərək həyatına qəsd etmək istəyib. Ailə üzvləri E.Abdullayevanın vəziyyətinin ağır olduğunu görərək dərhal əraziyə təcili yardım briqadası çağırıb. Xəstə ilkin tibbi yardım maşını vasitəsi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. 

Xəstəxanadan "Report"a bildiriblər ki, Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə lazımi yardım göstərilib, hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi