Ağsuda 25 yaşlı gənc bıçaqlanıb

Ağsuda 25 yaşlı gənc bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Dekabr , 2017 19:12
Ağsuda 25 yaşlı gənc bıçaqlanıb

Ağsu. 7 dekabr. REPORT.AZ/ Ağsu rayonunda 25 yaşlı gənc bıçaqlanıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərdəki şadlıq saraylarından birində keçirilən toy şənliyi zamanı qeydə alınıb. 

Belə ki, həmin mərasimdə iştirak edən iki şəxs arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Ağsu rayonunun Qəşət kənd sakini, 1992-ci il təvəllüdlü Elsevər Məmməd oğlu Məmmədov bıçaqlanıb.

Yaralı Ağsu Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi