Ağsu xəstəxanasında ölüm hadisəsi olub

Ağsu xəstəxanasında ölüm hadisəsi olub Ağsu Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Hadisə
10 İyun , 2020 14:37
Ağsu xəstəxanasında ölüm hadisəsi olub

Ağsu Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon sakini, 1978-ci il təvəllüdlü Süleymanov Valeh Tapdıq oğlu səhhətində yaranan problemlə bağlı xəstəxanaya müraciət edib.

Bu vaxt V.Süleymanov qeydiyyatdan keçmək istəyərkən onun halı pisləşib və yerə yıxılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ağsu Rayon Mərkəzi Xəstəxanasından “Report”un yerli bürosuna bildirilib ki, onun ölümünün səbəbləri araşdırılıb. Araşdırma zamanı məlum olub ki, V.Süleymanov anadangəlmə ürək qüsurlu olub və onun ölümü qəfləti ölüm kimi qeydə alınıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi