Ağstafada yük maşını aşıb, xəsarət alan var

Ağstafada yük maşını aşıb, xəsarət alan var Xəsarət almış sürücü xəstəxanaya yerləşdirilib
Hadisə
19 Noyabr , 2017 19:11
Ağstafada yük maşını aşıb, xəsarət alan var

Ağstafa. 19 noyabr. REPORT.AZ/ Bakı-Qazax yolunda yük maşını aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax yolunun Ağstafa rayonundan keçən hissəsində baş verib. Belə  ki, "TIR" idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü, Bakı şəhər Binəqədi rayon sakini, 1977-ci il təvəllüdlü Məmmədov Müşviq Akif oğlu xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. M. Məmmədovun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi