Ağstafada yük avtomobili 29 yaşlı qadını vurub

Ağstafada yük avtomobili 29 yaşlı qadını vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
30 Yanvar , 2018 23:14
Ağstafada yük avtomobili 29 yaşlı qadını vurub

Ağstafa. 30 yanvar. REPORT.AZ/ Bakı-Qazax yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa rayon Qırlı kənd sakini, 1989-cu il təvəllüdlü İlahə Şəhvələt qızı Sadıqova yolu keçən zaman yük maşını (TIR) tərəfindən vurulub. Piyada müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, avtomobil Türkiyəyə yük aparırmış.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi