Ağstafa rayonunda yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qırlı kənd yolunda qeydə alınıb.
Qəza nəticəsində Zaqalata rayon sakini, 1968-ci il təvəllüdlü Vəliyev Füzuli İbadulla oğlu, Gürcüstan vətəndaşı, 1989-cu il təvəllüdlü Gülməmmədov Zakir Rafel oğlu və Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Babayev Sabuhi Məzahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi və orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.