Yuxarı

Ağstafada yaşlı kişini avtomobil vurub

Ağstafada yaşlı kişini avtomobil vurub

Ağstafa. 25 may. REPORT.AZ/ Ağstafa şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Tatlı kənd sakini Namazov Mikayıl Rəsul oğlunu avtomobil vurub.

O, elə yaxınlıqdakı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi