Ağstafada yas mərasiminin təşkilinin qarşısı alınıb

Ağstafada yas mərasiminin təşkilinin qarşısı alınıb Ağstafa Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub
Hadisə
239
21 Aprel , 2021 08:24
Ağstafada yas mərasiminin təşkilinin qarşısı alınıb

Ağstafa Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan "Report"un Qərb mərkəzinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi