Ağstafada traktor piyadanı vuraraq ağır yaralayıb

Hadisə
  • 02 mart, 2018
  • 06:05
Ağstafada traktor piyadanı vuraraq ağır yaralayıb
Report

Ağstafa. 2 mart. REPOR.AZ/ Ağstafa rayonunda traktor piyadanı vuraraq ağır yaralayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırlı kənd ərazisində baş verib. 

İlkin məlumatlara görə, hərəkətdə olan qoşqulu traktor 1961-ci il təvəllüdlü Şirin Bəhmən oğlu Məmmədovu vuraraq bir neçə metr sürüyüb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.